XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 09:01

Misirdə Rusiya təyyarəsini terrorçular partladıb- Moskvadan rəsmi açıqlama

 

qeza teyare.jpg

Misirin Sinay yarımadası üzərində qəzaya uğrayan, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “A321” sərnişin təyyarəsində partlayıcı qurğu olub.

 

Bunu Rusiya prezidenti Vladimir Putinlə görüşündə Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib. O bildirib ki, əldəqayırma partlayıcı qurğunun gücü 1,5 kq trotil ekvivalentində olub. Təyyarənin qalıqlarında xaricdə istehsal olunmuş partlayıcı maddələrin izləri aşkarlanıb.

 V. Putin isə bəyan edib ki, təyyarəni partladan cinayətkarlar tapılacaq: “Sinayda insanlarımızın öldürülməsi cinayət qurbanlarının sayına görə ən qanlı hadisələr sırasındadır. Biz ürəyimizdən və qəlbimizdən göz yaşlarını silməyəcəyik. Bu, bizimlə həmişəlik qalacaq. Lakin bu, bizim cinayətkarları tapıb, cəzalandırmağımıza mane olmayacaq. Suriyada bizim aviasiyamızın fəaliyyəti nəinki davam etdirilməli, hətta gücləndirilməlidir”.