XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 10:21

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yeni terrorların anonsunu verdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan İŞİD-in yaxın vaxtlarda yeni terror aktları törədəcəyini ehtimal edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Brennan terrorçuların kəşfiyyatçılardan daha yaxşı gizlənməyə başladıqlarını bildirib. 

İdarə rəhbəri Parisdəki terrora da münasibət bildirərək onun çox yaxşı hazırlandığını deyib: «Bir məqamı da qeyd etməliyəm ki, Avropa Birliyi ölkələrinə miqrant axını terrorla mübarizədə ABŞ və  müttəfiqlərinin işini çətinləşdirir».