XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 15:04

Akif Çovdarovun daha 5 əməkdaşı istintaqa cəlb olundu

mtn-1.jpg

 

Təhlükəsizlik Nazirliyinin (MTN) daha 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.

Strateq.az Trend-ə istinadən məlumatına görə, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Akif çovdarovun həbsindən sonra həmin idarənin əməkdaşları – idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov, idarə rəisi polkovnik Rəsul Rəsulov, idarə rəisinin müavini polkovnik Alı Nəbiyev, idarə rəisinin müavini polkovnik-leytenant Elxan ömərov istintaqa cəlb olunublar.

Qeyd edək ki, bundan əvvəl həmin Baş İdarənin əməkdaşları – şöbə rəisinin müavini Orxan Osmanov və idarə rəisi Akif Əliyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.