XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 05:17

Paris teraktında daha bir şübhəli – Yeni məlumatlar açıqlanıb

paris-terror-avto.jpg

Şübhəlilər Belçika nömrəsi ilə hərəkət edən bu Renault Clio markalı avtomobildən də istifadə ediblər

Fransanın hüquq-mühafizə orqanları video-kameraların Parisdə ötən cümə baş vermiş terror aktını törətməkdə şübhəli bilinən sayca 9-cu şəxsi qeydə aldığı barədə məlumat  yayıblar.

Məlumata görə,  video-kameralar qara rəngli Seat markalı avtomobildən noyabrın 14-də gecə kafe və restoranlara atəş  açanlar arasında üçüncü şəxsi də çəkib. Hələ ki,  bu üçüncü şəxsin Belçikada həbs olunan iki şübhəlidən bir olub-olmaması dəqiqləşməyib. İstisna olunmur ki, o hələ də azadlıqdadır və gizlənir.

Bu üçüncü şəxslə birlikdə maşında oln iki nəfərin kimliyi artıq bəllidir, Bunlar İbrahim  və Saleh Abüdlsəlim qardaşlarıdır.  Saleh Əbdülsəlim terror aktının törədilməsində əsas şübhəlilərdən biri sayılır. Amma o, gizlənib və  şübhəlinin izinə düşmək cəhdləri nəticə vermir.

Onun qardaşı isə “Batalkan”  konsert  zalına hücum zamanı özünü partladıb. Qardaşların hər ikisi Belçika vətəndaşıdır.

S.Əbüdlsəlimin Belçikadan  Fransaya necə gəlməsi ilə bağlı detallar məlum olub. Məlum olub ki, əvvəlcə məlumat verildiyi kimi Fransaya gələn zaman onları fransız polisi seçmə yoxlama zamanı  bir dəfə deyil, 3 dəfə saxlayıb. Hər dəfə onlara hərəkətə davam etməyə icazə verilib.

Röyter agentliyinin mənbləri istintaq davam etdikcə yeni şübhəlilərin meydana çıxacağını istisna etməyiblər.

Belçika hüquq-mühafizə orqanları Ədülsəlim qardaşlarından Məhəmmədi azadlığa buraxıb. O, ötən şənbə günü həbs olunmuşdu. Ona qarşı heç bir ittiham irəli sürülməyib.

Sərbəst buraxıldıqdan sonra o,  TV-lərə müsahibə verərək, sağ qlan qardaşını təslim olmağa çağırıb.

Dünən Fransa polisi qardaşlardan birinin qaldışı güman edilən ev və mehmanxana nömrələrində axtarış aparılıb.  Televiziyalar isə iki mehmanxana nömrəsində aparılan axtarışın görüntülərini yayıb. Bu kadrlarda bomba hazırlanması zamanı istifadə olunması ehtimal edilən şpris və borular nümayiş etdirilib.

Strateq.az