XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 05:55

Azərbaycanın ixracı azalır, idxalı isə artır

idxal-ixrac.jpg

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 15348,4 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ticarət dövriyyəsinin 8769,9 milyon dollarını və ya 57,1 faizini ölkədən ixrac olunmuş məhsullar, 6578,5 milyon dollarını (42,9 faizini) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 2191,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,5 faiz, o cümlədən ixrac 6,2 faiz azalıb, idxal isə 0,1 faiz artlb.

Ticarət dövriyyəsinin 11,7 faizi MDB üzvü ölkələrinin, 47,2 faizi Avropa İttifaqı ölkələrinin, 41,1 faizi isə digər ölkələrin payına düşub. 
İdxal olunmuş məhsulların həcminin 22,1 faizi MDB üzvü ölkələrinin, 29,9 faizi Avropa İttifaqı ölkələrinin, 48,0 faizi isə digər ölkələrin payına düşub.

İxrac edilmiş məhsulların həcminin 3,9 faizi MDB üzvü ölkələrinə, 60,2 faizi Avropa İttifaqı ölkələrinə, 35,9 faizi isə digər ölkələrə göndərilib. 

Strateq.az