XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 08:10

YAP-ın həbs olunan NTK sədri partiyadan çıxarıldı

 

memmed yap.jpg

“Aztelekom”un həbs edilən baş direktoru Məhəmməd Məmmədov YAP-dakı vəzifəsindən çıxarılıb.

Modern.az saytının xəbərinə görə, bu haqda hakim Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Xəbər verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsi tərəfindən  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətlimkan tədbiri seçilib. 

“Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət – Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət etmişdi. Hazırda o,  Mərkəzi Nəzarət – Təftiş Komissiyasının sədri vəzifəsini daşımır”-deyə YAP-dan bildirilib.