ABŞ-ın “Forbes” jurnalı Parisdəki terrordan sonra Rusiya ilə Qərbin yeni əməkdaşlıq imkanlarının yaranması ilə bağlı perspektivləri şərh edib.
Jurnalın təhlilində deyilir ki, Fransadakı terrordan və Sinayda Rusiya təyyarəsinin partladılmasından sonra hamı Moskva ilə Qərbin mövqelərinin yaxınlaşması barədə danışır.
Məsələn, nufuzlu “Wall Street Journal”dakı təhlildə qeyd olunur ki, G20 sammitində Rusiya prezidenti diqqət mərkəzində idi. Hətta Moskvaya qarşı skeptik mövqeyi ilə seçilən “The Economist” qəzeti belə etiraf edir ki, islam terroru ilə bağlı ümumi təhlükə qarşısında Rusiya və Qərb çiyin-çiyinə dayanacq.
Bütövlükdə informasiyanın yaratdığı tablo belədir: Rusiya Ukrayna ilə müharibədə təkcə ABŞ və Mərkəzi Avropanın (Polşa, Baltik ölkələri) deyil, özünün ənənəvi tərəfdaşları olan Almaniya, İtaliya və Fransanın da təcridi ilə üzləşdi. Moskva nufuzlu oyunçuların dəstəyini itirərək hamının rədd etdiyi “yad”a dönmüşdü.
Ancaq son aylarda baş verənlər Rusiyanın vəziyyətini dəyişdirərək, Qərbin onunla ehtiyatlı əməkdaşlığına gətirib. Tərəfləri buna vadar edən amillər barədə fikirlər müxtəlifdir. Amma hamı etiraf edir ki, tərəflərin dialoqa can atması və buna hazır olması Rusiyanın daxili iqtisadi vəziyyəti, Ukrayna böhranının tənzimlənməsində aşağı temp, Rusiyanın Suriyaya müdaxiləsi, Avropada sürətlə artan miqrasiya məsələsi və İŞİD-in terror aktlarıdır.
Parisdə baş verənlərdən sonra İŞİD-ə qarşı hansısa “geniş koalisiyanın” yaranması barədə şayiələr baş qaldırıb. Buna səbəb kimi, Rusiyanın qəfildən Ukraynanın borcu ilə bağlı məsələyə yenidən baxmağa hazır olmasını bildirməsi olub. Bu isə vəziyyətin ciddi şəkildə dəyişdiyinin göstəricisi sayılır. Bundan əvvəl Moskva bu barədə qərarın dəyişməyəcəyini israrla bəyan edirdi.
Son günlər baş verənlər göstərir ki, Qərb və Rusiya ehtiyatla yenidən tərəfdaşlıq etməyə cəhd edir. Bu, hələ ki, terrora qarşı dar çərçivədə aparılan mübarizədən başlanıb. Burada tərəfləri yaxınlaşdıran faktorlar mövcuddur. İqtisadi və demoqrafik münasibətlər baxımından Rusiya yer kürəsinin əhəmiyyətli hissəsini tutan böyük ölkədir. Rusiya superdövlət olmasa da, dünyada enerjidaşıyıcılarının idxalına görə nəhəng ölkədir, silah satışına görə dünyada ikinci yerdədir, onun bazarlarında çoxsaylı Avropa şirkətlərinin malları yer alıb. Nə olursa olsun, Rusiya az əhəmiyyəti olmayan bir məmləkətdir. Onunla çox az sayda ölkə müqayisə oluna bilər.
Nəyə görə buna diqqət yetirmək lazımdır? Rusiya ilə Qərbin yaxınlaşmasının əsasına baxsa, demək olar ki, bu, o qədər də möhkəm deyi. Odur ki, ola bilsin, bu yaxınlaşma uzunmüddətli olmasın. Təxmin etmək olar ki, Rusiya ilə NATO-nun hansısa birgə kampaniyasının gedişində bir neçə ildən sonra İŞİD-ə qarşı nəticə əldə olunsun. Bundan sonra yəqin ki, Rusiya Qərb münasibətləri yenidən kəskin şəkildə pisləşəcək.
Əgər bu, nə vaxtsa baş versə, ritorika yenə dəyişəcək və yenə hamı birağızdan Rusiyanın təcrid etməkdən danışacaq. Bütün hallarda Rusiya ilə Qərbin münasibətləri Moskvanın beynəlxalq əhəmiyyətlinə təsir eləmir. Bu şimal ölkəsini sevməkdən, yaxud ona nifrət etməkdən asılı olmayaraq, Rusiya dünya iqtisadiyyatında və diplomatiyasında özünün vacib rolunu saxlayacaq.
Rusiya kimi böyük və güclü dövləti təcridetmə cəhdləri mümkün deyil. Qərb rus iqtisadiyyatına zərər vura, oliqarxların səfərlərini məhdudlaşdıra, rus şirkətlərinin aktivlərini dondura bilər, amma bu, “təcrid” demək deyil.
Bu gün hər şeydən əvvəl göründüyü kimi, tərəflərin belə qısa müddətli yaxınlaşması sonradan bunun xatırlanması üçün uğurlu məqam sayılmalıdır.
Belə yaxınlaşma isə İŞİD üzərində əsl qələbə olmayacaq. Bu, yalnız Rusiya və Qərbin “yerinə yetirilmiş missiya” rolunu oynamaqla onlara qalib simasını göstərmək üçündür. Bundan sonra onlar evlərinə dağılışacaqlar.
Hazırladı:
X.SƏFƏROĞLU
Strateq.az