XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 08:56

Azərbaycanda maşın biznesi çöküb: Avtomobil bazarı pis vəziyyətdədir

masin-bazari.jpg

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 24,219 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu ötən ilin analoji dövrünün göstəricisindən 27 867 ədəd azdır.

Mütəxəssislər hesab edir ki, bunun obyektiv səbəbləri var.

Bu il hökumət avtomobil nəqliyyatı vasitəsi idxal üzrə aksiz dərəcələrini xeyli artırıb. ötən ildən idxal edilən avtomobillərə daha sərt ekoloji normalar qoyulub. Bazar iştirakçıları qeyd edir ki, minik avtomobilləri bazarı xeyli zəifləyib: təkcə idxal yox, təkrar bazarda da azalma var.

Əgər 2014-cü ilin on ayında Azərbaycana 47 379 minik avtomobili tədarük edilmişdisə, 2015-ci ilin eyni dövründə xaricdə 21 497 belə avtomobil alınıb.

Maraqlıdır ki, ölkəyə yük avtomobillərinin (1 750, -57,6%) və xüsusi texnikanın (215, -31,1%) idxalı da azalıb və bu, işgüzar aktivliyinin azalması ilə bağlıdır.

Bu ilin yayında Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı hökumət bir neçə yüz müasir avtobus aldı. İlin əvvəlindən 757 ədəd avtobus və mikroavtobus gətirilib. Bu, ötən ilin 10 ayındakından 487 ədəd çoxdur.