XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 09:43

“Obyektimiz var ki, əlimizdən də alınsın?” – MTN generalının xanımı danışdı
 
Milli Təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara xanımı, Bakıda – Nərimanovda yerləşən 14 saylı Uşaq Poliklinikasında baş həkim işləyən Nüşabə Əsədova aydılıq gətirib.
 
N.Əsədova açıqlamasında bildirib ki, Hilal Əsədov hazırda MTN-də öz kabinetdində iş başındadır:
 
“Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayır. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılması yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu, yəqin, kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axı bu düz deyil”.
 
Baş həkim deyir ki, bir neçə gün əvvəl yaşadıqları evin şəkilini də çəkiblər, deyirlər guya evdə axtarış olub: “Kiminsə kimsəni cəzalandırması düz deyil axı”.
 
N.Əsədova həyat yoldaşının Bakıda otelləri və obyektləri olması məsələsinə də aydınlıq gətirib: “Otelimiz, obyektimiz var ki, əlimizdən də alınsın? Həyat yoldaşımın bir obyekti belə yoxdur. O, təmiz işləyən adam olub. Hilal müəllim dövləti, milləti üçün təmiz işləyən bir şəxsiyyətdir. Hardadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Murdar adamlar yayır belə məlumatları. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki, heç nəyimiz yoxdur. Bir obyekt belə yoxdu, hələ onun sayını çoxaldırlar. Belə bir misal var: “yaddan çıxıb gözdən düşmə, amandır”. Yəqin, bizi yaddan çıxmağa qoymurlar. Ona görə də Hilal müəllim haqda məlumatlar yayır, canfəşanlıq edirlər”.
 
Sonda nazir müavinin xanımı vəzifənin ömürlük olmadığını da vurğulayıb: “çıxaranda da çıxararlar. Vəzifə hamı üçün ömürlük deyil ki… Cənab prezident sərəncam verib çıxardar, canı sağ olsun. Vəzifə ancaq bizim üçün deyil ki. çıxaranda da gedib xidməti təqaüdü alar. Yoldaşım 11 il MTN-də can qoyub. Antiterror idarəsində zülm çəkib bu insan. Niyə ağızlarına gələni yazırlar’’.
 
Criminal.az