XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 12:03

İran və Fransa İŞİD-ə qarşı birləşir: Olland və Ruhani antiterror mərkəzi yaradır

 

olland ruhani.jpg

 

İran və Fransa  terrorizmlə mübarizə üçün birgə təhlükəsizlik və informasiya əməkdaşlığı barədə razılığa gəlib.

Strateq.az-ın İRNA-ya istinadla verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani Fransa prezidenti Fransua Ollandla telefon söhbətində bu barədə əməkdaşlığa hazır olduqlarını elan ediblər.

H. Ruhani dünyada islamofobiyanın yaradılmasını terrorçuların məqsədi adlandırıb və bildirib ki, İran bu fenomenlə mübarizə istiqamətində Fransa ilə təhlükəsizlik və informasiya əməkdaşlığı etməyə hazırdır.

Suriya və İraqda terrorçularla mübarizənin gücləndirilməsini vurğulayan Ruhani deyib ki, islam sülh dinidir və istənilən terror hücumuna qarşıdır.

İran prezidenti Suriya və İraqda terrorçuların məhv edilməsinin bütün ölkələrin məsləhətləşmə və əməkdaşlığa ehtiyaclı olduğunun prioritet olduğunu vurğulayıb.  “İran beynəlxalq səviyyədə terrorizmlə mübarizə üçün vahid bir cəbhənin yaradılmasını istəyir”.

Ruhani Fransa xalqı və dövlətinə son Paris terror aktında bir qrup Fransa vətəndaşının həlak olması ilə bağlı başsağlığı verib.

Fransa prezidenti Fransua Olland da telefon söhbətində İŞİD terror qruplaşması ilə mübarizə üçün bütün ölkələrin birləşməsinə səy göstərilməsinin vacibliyini vurğulayıb: “İŞİD-in Parisə hücumu bütün dünya insanlarına hücum idi və hamı birliklə Suriya və İraqda onlarla mübarizə aparmalıdır”.

Fransa prezidenti prioritetin Suriyada terrorizmlə mübarizə olmalı olduğunu vurğulayaraq deyib ki, terrorçuların maliyyə və silah-sursat ehtiyatlarının məhv edilməsi zəruridir.

Fransa prezidenti Parisin İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirərək ümidvarlıq edib ki, İran prezidentinin Fransaya səfəri tezliklə baş tutacaq.