ABŞ gələn ildən Avropaya mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) ixrac edəcək.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb. ABŞ maye qazı ilk olaraq 2016-cı ilin fevralından Litvanın Baltik dənizi sahilindəki Klaypeda şəhərindəki “Nezavisimost” terminalına göndəriləcək.
Qeyd edək ki, Litvanın “Litgas” və ABŞ-ın “Cheniere Energy” bununla bağlı keçən il fevralında razılığa gəliblər. Polşa, Litva, Latviya və Estoniya Polşadan Litvanın cənub-şərqinədək 534 kilometrlik uzunluğunda olacaq və ildə 2,4 milyard kubmetr nəqletmə gücünə malik qaz boru xəttinin inşasını planlaşdırırlar.