XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2015 - 08:07

Rusiyadakı etiraz tətili Azərbaycan mallarını “vurdu”: Yüklər daşınmır

 

yuk.jpg

 Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunvericiliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub.

Nəticədə, ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şikətlərin bəziləri tətil elan edərək işi dayandırıb. Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin məlumatında deyilir. Bildirilir ki, sərhədi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskvaətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Komitədən bildirilib ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.

Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı DGK rəsmi olaraq Rusiya Federal Gömrük Xidmətinə müraciət edib.