XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 08:18

Prezident İlham Əliyev yenidən Fransaya səfərə gedir

 

ilham fransa.jpg

Prezident İlham Əliyev noyabrın 29-30-da Fransada olacaq. O, BMT-nin iqlim dəyişikliyi üzrə Konvensiyası çərçivəsində keçirilən 21-ci konfransda iştirak edəcək. 

Bu barədə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez cümə axşamı jurnalistlərə bildirib. O qeyd edib ki, bu, İ.Əliyevin noyabrda Fransaya ikinci səfəri olacaq.

Xatırladaq ki, bundan öncə dövlət başçısı YUNESKO sessiyasında iştirak etmək üçün Fransada işgüzar səfərdə olub.

Səfir onu da deyib ki, Fransa prezidenti Fransua Olland da son ildə iki dəfə Azərbaycanda olub. Yüksək səviyyədə qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafından xəbər verir.

A.Buşez Parisdə törədilən terror aktları ilə bağlı Fransa xalqına göstərilən dəstəyə və həmrəyliyə görə Azərbaycan xalqına və rəhbərliyinə təşəkkürünü  bildirib.