XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 08:30

İcra başçısının nümayəndəsini döydülər – Polisə şikayət

Vətəndaş evinə gələn icra nümayəndəsini döyüb.

Strateq.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini, Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Kazımov döyülüb.

O, 6-cı Polis Bölməsinə şikayət edərək bildirib ki, M.Aslanov küçəsi, döngə 6-nın qarşısında orada yaşayan 1987-ci il təvəllüdlü Asiman Ağayev xuliqanlıq zəminində onu döyüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.