XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2015 - 09:04

ABŞ Nümayəndələr Palatası Suriya qaçqınlarını ölkəyə buraxmaqdan imtina edib

 

miqrant abs.jpg

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası Prezident Barak Obamanın 10. 000 Suriya və İraq qaçqınını ABŞ-da yerləşdirmək planının əleyhinə səs verib. 

Strateq.az bildirir ki, prezident Obama ölçü Senatdan keçərsə ona veto qoyacağını bəyan edib. Obama aydın edib ki, onun qaçqınları yerləşdirmək planı irəli gedəcək.

“Gözləntim budur ki, ilkin ritorikadan sonar insanlar sakitləşəcək, faktlara baxacaq və bundan sonra biz işimizi davam etdirəcəyik,”- deyə ABŞ prezidenti Manilada keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində bildirib.

Nümayəndələr Palatası 289-137 nisbətində ölçüyə səs verib.  Qətnaməni dəstəkləyənlərin mütləq əksəriyyəti Respublikaçılar olsa da, əhəmiyyətli sayda Demokratlar onlara qoşulublar.  Qəbul olunan ölçü İraq və Suriyadan gələn qaçqınların ətraflı yoxlama prosesindən keçməsini tələb edir.

Bəzi Respublikaçı qanunvericilər Suriya və İraqdan olan terroristlərin qaçqın adı altında ABŞ-a daxil olacağından və Birləşmiş Ştatlarda Parisdəki kimi hücumlar həyata keçirəcəklərindən narahatdırlar.

Palatanın spikeri Paul Ryan deyib ki, dünyada şər qüvvələr var ki, onların mövcudluğunu nəzərə almaq vacibdir.  Bu qüvvə məğlub edilməlidir.

O, bildirib ki, amerikalılar əmin olmalıdırlar ki, Suriya və İraqdakı zorakı mühitdən çıxmış insanların hamısı ehtiyatla yoxlanılacaq.