XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

08 İyun 2017 - 15:27

DİN-dən Lənkəranda iki məktəblinin ölümünə səbəb olan qəza ilə bağlı –Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda iki məktəblinin öldüyü qəza ilə bağlı məlumat yayıb.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, iyunun 7-də saat 12 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini Xalid Səfərli idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə X.Səfərli və sərnişini Qumbaşı kənd sakini Kənan Səfərli hadisdə yerində ölüblər. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.