XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 11:17

Obamanın nümayədəsi özünü PKK ideoloqu kimi aparıb

 

Brett-McGurk-008.jpg

Yaxın Şərqdə “ayır, buyur” siyasəti yürüdən ABŞ-ın  Şimali İraq kürdlərini birləşdirmə səyləri diqqətçəkicidir.

Strateq.az xəbər verir ki, ABŞ prezidentin xüsusi nümayəndəsi Brett Mak Qurk gündəlik mətbuat konfransında Şimali İraq kürdlərinin parçalanmış vəziyyətindən xeyli gileylənib. O, İŞİD-ə qarşı mübarizədə birliyin şərt olduğunu bildirərək, nümunə kimi Suriya kürdlərini misal gətirib.

ABŞ yetkilisinin fikrincə, Kobanidə kürdlər ona görə İŞİD-ə qarşı qələbə qazandılar ki, iraqlı, suriyalı demədən hər biri eyni cəbhədə birləşə bildilər: “General John Allen (Brett Mak Qurk'dan əvvəlki nümayəndə) ilə birlikdə həmin vaxt Ankaradaydık. Türkiyə baş naziri ilə peşmergeyə silah göndərmə və türklərin mübarizədə rolu haqqında danışdıq. Türklər ondan sonra kürd peşmergelerine yol açdılar. Kürdlərin həqiqətən bu təhdidə qarşısında birlikdə olduqları bir andı və IŞİD-ə həlledici zərbə vurdular. “

Obamanın nümayəndəsi bununla da kifayətlənməyib kürd millətçilərini feyzyab edəcək sözlər deməkdən də çəkinməyib: “Kürdlər həmrəy olmalıdırlar. Əgər bu əldə edilərsə, onlara qalib gələcək heç bir qüvvə ola bilməz”.