XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 14:05

Jurnalistləri niyə prokurorluğa çağırırlar? – Rüstəm Usubovdan xəbərdarlıq

rustem-1.jpg

“MTN işi” ilə bağlı məlumat yayan sayt, agentlik və qəzet rəhbərlərini Respublika Prokurorluğuna çağırmağa və onlara rəsmi şəkildə xəbərdarlıq etməyə başlayıblar.

Bu haqda məlumatı saytımza Strateq.az-ın baş redaktoru Elxan Şükürlü verib.

E.Şükürlü bildirib ki, bu gün saat 16.00-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun dəvəti ilə o, Respublika Prokurorluğunda olub. Baş redaktoru “MTN işi”ylə bağlı yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubov qəbul edib.

E.Şükürlünün dediyinə görə, söhbət əsnasında bildirilib ki, son günlər baş verən hadisələrlə bağlı media orqanlarında bəzi məmurlarla bağlı əsası olmayan məlumatlar yayılır və bu cür yazılar istintaqın işinə maneçilik törədir. Bu səbəbdən də Baş Prokurorun müavini, yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubov gələcəkdə belə halların təkrarlanmaması üçün qeyd olunan  media qurumlarının rəhbərlərinə  rəsmi şəkildə xəbərdarlıq edib.

E.Şükürlü bildirib ki, 2010-cu ildə xəbərdarlıqla bağlı MTN-ə çağırılmasından fərqli olaraq, bu dəfə prokurorluq əməkdaşları münasibətlərdə yüksək nəzakət göstəriblər.

E.Şükürlünün dediyinə görə, indiyədək xeyli jurnalist xəbərdarlıq üçün çağırılsa da, nədənsə, bu haqda mediaya məlumat verilmir.