XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 Noyabr 2015 - 08:33

Yeddi rayon erməniləri qorxuya salıb: “Rayonlar qaytarılsa Dağlıq Qarabağ mövcud olmayacaq”

qarabaq ermeni.jpg

 

 

ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin işğal olunmuş yeddi rayonun Azərbaycana qaytarılmasının vacibliyi barədə verdiyi bəyanat Dağlıq Qarabağ separatçılarının ciddi narahatlığına səbəb olub.

Strateq.az bildirir ki, qondarma rejimin sözçüsü David Babayan bəyan edib ki, 1988-91-ci il sərhəddinə qayıtmaq Dağlıq Qarabağ üçün iflas deməkdir. O, 7 rayonun Azərbaycana qaytarılacağı təqdirdə separatçı rejimin mövcudluğunun mümkün olmayacağını etiraf edib:

“SSRİ zamanındakı sərhədlər daxilində Dağlıq Qarabağ müstəqil dövlət kimi mövcud ola bilməz. Bu rezervasiya yaxud konslager olacaq. Əgər əvvəlki sərhəd bərpa olunsa Azərbaycan müəyyən zamandan sonra Dağlıq Qarabağı tam şəkildə özünə birləşdirəcək”.

Xatırladaq ki, Ceyms Uorlik öz müsahibəsində bildirib ki, işğal altında olan 7 rayonun qaytarılması münaqişənin həllinin bir hissəsidir.

X. SƏFƏRLİ