XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2015 - 09:37

Qadın terrorçu özünü uşaqların içində partlatdı

 

niger teror.jpg

 

Nigeriyada “canlı bomba” olan qadın terrorçu uşaqların içində özünü partladıb.

Strateq.az AFR-ə istinadən bildirir ki, bu barədə Nigeriyanın Fövqəladə vəziyyətlər üzrə Milli agentliyinin nümayəndəsi Məhəmməd Kanara açıqlama verib. Onun sözlərinə görə, nəticədə 7 nəfər həlak olub.

Terror aktı Mayduquri şəhərinin kənarında baş verib. Terrorçu qadın özünü qadınların və uşaqların arasında partladıb. O, evlərini məcburi tərk edən şəxslərin arasına girərək bu addımı atıb.  Bu terrorun məsuliyyətini hələlik heç kim üzərinə götürməyb.