XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2015 - 10:34

Ruhani və türkmən prezident Xəzərin statusunu müzakirə ediblər – TEHRANDA

 

ruhani turkmen.jpg

İran Xəzər dənizinin hüquqi statusunun reallaşması üçün Türkmənistanla daha artıq əməkdaşlıq edəcək.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhəmmədovla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Müzakirələrimizin bir hissəsi Xəzər gölündən daha çox və daha yaxşı istifadə haqqında olub. Habelə iki ölkənin qaz sahəsində kəşfiyyat və qazıntı üçün əməkdaşlıq edə biləcəyi müştərək fazalar barədə danışıldı”,-deyə H.Ruhani bildirib.

İran prezidentinin sözlərinə görə, həmçinin iki ölkənin Xəzər dənizindəki limanları arasında əməkdaşlıqlar barədə müzakirə aparılıb. İran və Türkmənistan prezidentləri və onları müşayiət edən heyətlərin iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə doqquz əməkdaşlıq sənədi imzalanıb.

Bu sənədlərə dəniz nəqliyyatı, səhiyyə və tibb, poçt, Mərv-Sərəxs elektrik nəqli, idman, Aşqabad-Türkmənabad şose yolunun salınması, nəqliyyat və dəmir yolu, standart və televiziya və radio sahələrində əməkdaşlıq üzrə memorandum daxildir.
İran prezidenti Həsən Ruhani bildirib ki, İran və Türkmənistanın qərarına əsasən, iki ölkənin iqtisadi əlaqələrinin qarşıdakı on il ərzində səviyyəsinin 60 milyard dollaradək artırılması qərara alınıb.