XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2015 - 11:56

Bakıda dəhşətli olay – 34 yaşlı kişi bankın qarşısında özünə od vurdu

Bu gün Bakı metrosunun “Azadlıq” stansiyasının yaxınlığında intihara cəhd olub.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

ANSpress-in məlumatına görə, intihara cəhd edən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov olub. Respublika Yanıq Mərkəzinə yerləşdirilən yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.