XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

23 Noyabr 2015 - 13:32

Yanan binada zərərçəkənlər Nazirlər Kabinetinə bir ay vaxt verdi: Pulumuzu verin!

bina yan.jpg

 

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş vermiş yanğın hadisəsi zamanı zərərçəkmiş qeyri-yaşayış və avtomobil sahibləri Nazirlər Kabinetinə müraciət edib.

Strateq.az-a daxil olan müraciətdə deyilir ki, 19 may 2015-ci ildə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanğın hadisəsi nəticəsində avtomobil və qeyi-yaşayış sahəsi sahiblərinə də külli miqdarda ziyan vurulub.

“Prezident İlham Əliyevin 19 may 2015-ci ildə hadisədən dərhal sonra imzaladığı sərəncam qismən yerinə yetirilsə də, bu günə kimi tam həllini tapmayıb. Bir qrup avtomobil və qeyri-yaşayış sahiblərinə hadisədən 6 ay keçməsinə baxmayaraq, Prezidentin sərəncamına uygun olaraq nəzərdə tutulmuş dəymiş zərər ödənilməyib. Komissiyanın bütün üzvlərinə etdiyimiz müraciətlər cavabsız qalıb”– deyə zərərçəkənlərin imzaladığı müraciətdə qeyd olunub.

Müraciəti imzalayan zərərçəkənlər Nazirlər Kabinetini bütün ziyanın ödənilməsi üçün 1 ay müddətində qərar qəbul etməyə çağırıb. Əks halda dəymiş ziyanın alınması üçün məhkəməyə müraciət edəcəklərini bəyan ediblər.

Zərərçəkənlərin siyahısı belədir:

1. Mustafayev Tofiq Telman oğlu – “Opel Astra” markalı avtomobilin bazar qiyməti 6250 (altı min iki yüz əlli) manatdır. Komissiyanın hesabladığı qiymət 4000 (dörd min) manatdır.

2. Hüseynov ülvü Sərdar oğlu – “Pejo 406” markalı avtomobilin bazar qiyməti 10000 (on min) manat, Komissiyanın hesabladığı qiymət 6500 (altı min beş yüz) manatdır.

3. Daşdəmirov Zəmanət Möhübbət oğlu – “İnternetklub” servis mərkəzində texniki avadanlıqlara dəymiş ziyan 12000 (on iki min) manatdır. 6 aydır işləmədiyi üçün hər aya 1000 manat. Cəmi dəymiş ziyan 18000 (on səkkiz min) manat təşkil edir.

4. Mehdiyev Samir Mədət oğlu – “Volksvagen Transportyor” markalı avtomobilin bazar qiyməti 2000 (iki min) manat, komissiyanın hesabladığı qiymət 595 (beş yüz doxsan beş) manatdır.

5. Hüseynov Azad Rafiq oğlu – “Vaz 2104” markalı avtomobilin bazar qiyməti 5000 (beş min) manat, komissiyanın hesabladığı qiymət 4500 (dörd min beş yüz) manatdır.

6. Seyidov Mirhəsən Mirmusa oglu – “Şəmkir 1001 xirdavat” magazası binaya dəymiş zərər 2000 (iki min) manat, 6 aylıq icarə haqqı 3000 (üç min) manatdır.

7. Əliyev Elman Məzahim oğlu – 6 ayılıq icarə haqqı 1200 (min iki yüz) manat, yanğin və suyun vurduğu ziyan 3000 (üç min) manatdır.

8. Mahmudov Yusif Nazim oğlu – “Nissan Patfaynder” markalı avtomobilin bazar qiyməti 40000 (qırx min) manat, komissiyanın hesabladığı qiymət 21000 (iyirmi bir min) manatdır.

9. Rizvanov Qəribağa Əlibala oğlu – “Qaz3110” markalı avtomobilin bazar qiyməti 2090 (iki min doxsan) manat, komissiyanın hesabladığı qiymət 3500 (üç min beş yüz) manatdır.

yanan bina erize.jpg

 

 

yanan bina erize02.jpg