Bakıda 2 milyon 700 min manat qiymət qoyulmuş villa satışa çıxarılıb.
Strateq.az bildirir ki, Teymur Əliyev küçəsində, “milyonçular məhəlləsində” yerləşən, 3.5 sot torpaq üzərində tikilmiş villanın sahəsi 750 kvadtarmetrdir. Bu dəbdəbəli bina 4 mərtəbəli, 9 otaqlıdır. Villanın geniş həyəti, 3 maşınlıq qarajı, lifti, hovuzu var.