XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 07:49

Putin və Xamneyinin birgə mesajı: “ABŞ-ın regiondakı planı zərəsizləşdirilməlidir”

 

putin xamneyi.jpg

“Amerikanın region üçün uzunmüddətli planı İran və Rusiyanın zərərinədir. Bu plan sayıqlıq və daha yaxın anlaşma ilə zərərsizləşdirilməlidir”.

Strateq.az bildirir ki, bu sözləri İranın ali dini rəhbəri Xamneyi Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Bazar ertəsi Tehranda Putini qəbul edən Xamneyi görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın daha da genişlənməsini dəstəkləyərək Moskvanın regional məsələlərdə, xüsusən Suriya məsələsindəki təsirli iştirakını yüksək qiymətləndirib.
Xamneyi Rusiyanın nüvə məsələsindəki səylərinə görə təşəkkür edərək, əlavə edib ki, bu problem müəyyən bir nəticə versə də, İranın amerikalılara heç bir etimadı yoxdur.

Ali dini lider Rusiya prezidentinin son il yarım ərzində müxtəlif məsələlərdəki mövqeyi ilə razılaşdıqlarını deyərək, bunu “yaxşı təşəbbüskarlıq” adlandırıb: “Amerikalılar həmişə çalışırlar ki, öz rəqiblərini zəif mövqedə qoysunlar, amma siz bu siyasəti zərərsizləşdirdiniz”.

Xamneyi Moskvanın Suriya məsələsindəki qərar və addımlarının da Rusiyanın və şəxsən Putinin regional və beynəlxalq etibarının artmasına səbəb olduğunu bildirib: “Amerikalılar uzunmüddətli planda Suriyaya, daha sonra özlərinin regiona olan nəzarətlərini genişləndirməklə Asiyanın qərbinə yiyələnmək istəyirlər. Bununla onlar tarixi boşluğu doldurmaq istəyirlər. Bu plan Rusiya və İran üçün bir təhdiddir”.

Rusiya prezidenti qeyd edib ki, iki ölkə arasında texnologiya, hava-kosmos və modern texnologiyalar və sair sahələrdə əlaqələrinin genişlənməsi daha artıq sürət alıb. Moskva Tehranla təhlükəsizlik məsələsində və regional və beynəlxalq böhranların həllində olduqca fəal əməkdaşlığa malikdir.
 

X.SƏFƏROĞLU 

Strateq.az