XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 10:32

Türkiyənin vurduğu Rusiya təyyarəsinin bir pilotu həlak olub – FOTO

 

pilot helak.jpg

 

Bu gün səhər Türkiyə hava sərhəddini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin öldüyü xəbəri yayılıb.

Strateq.az-ın “Milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, katapult edən pilotlardan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ qaldığı və türkmənlərin əlində olduğu bildirilir. ölən pilotun fotosu da yayılıb.

Hazırda Rusiyaya məxsus 2 helikopter pilotları axtarır, lakin silahlı türkmənlər helikopterlərin yerə enməsinə imkan vermir. Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.  (APA)

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində 2 Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir. Yaralılardan birinin xəstəxanaya aparılaraq əməliyyat edildiyi, digərinin vəziyyətinin isə qənaətbəxş olduğu xəbər verilib.