Milli Məclisin komitə sədrləri seçilib.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Beynəlxalq münasibətlər, parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri isə Ziyad Səmədzadə seçiliblər. (APA)
Yeni yaradılan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri isə Fuad Muradov seçiliblər.
Qeyd edək ki, Milli Məclisdə 4 yeni komitə yaradılıb.
Parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılır. Həmçinin Təhlükəsizlik və müdafiə məsələləri komitəsi Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sosial siyasət komitəsi isə Əmək və sosial siyasət komitəsi adlandırılacaq.
Beləliklə, V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur.