“Arxadan bıcaqlandıq”.
Strateq.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyənin rus təyyarəsini vurmasını şərh edərkən bildirib.
Putin bu hadisənin iki dövlət arasındakı münasibətlərə ciddi təsiri olacağını bildirərək, bir növ Türkiyəni təhdid edib. Onun fikrincə, rus təyyarələri Suriyada terrorçularla mübarizə aparırdı və Türkiyənin milli mənfəətlərinə zidd heç bir hərəkət etmirdi: “Türkiyənin vurduğu təyyarə isə onun sərhədlərindən 4 km aralıydı”.
Putin Türkiyənin təyyarəni vurduqdan dərhal sonra NATO-ya müraciət etməsini də anladığını deyib: “Sanki təyyarəsi vurulan biz yox, Türkiyə imiş və onu Rusiya vurubmuş”