XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 15:25

Prezident dörd rektoru vəzifəsindən azad etdi – SƏRƏNCAM

ilham rey.jpg

Prezident İlham Əliyev bu gün dörd ali məktəbin rektorunun vəzifədən azad edilməsi barədə sərəncamlar imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncamlara əsasən Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən, Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən, Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən,Ağacan Qulam oğlu Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad ediliblər.

Xatırladaq ki, adıçəkilən rektorlar noyabrın 1-də yenidən deputat seçiliblər. Və elə bu səbəbdən də rektor vəzifələrini itiriblər.