“Bundan sonra bizə təhlükə yaradan bütün potensial hədəflər məhv ediləcək”.
Strateq.az Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, bu barədə Rusiya ordusunun baş qərargahının baş idarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bəyan edib.
“Bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçirləcək. Həmçinin hava hucumuna qarşı müdafiə sistemi gücləndiriləcək. Bu məqsədlə C-300 –ün analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyseri Latakiya sahillərinə çıxarılır. Xəbərdarlıq edirik, bizə təhlükə yaradan bütün hədəflər məhv ediləcək“,- deyə Rudskoy bildirib.