XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 08:00

Daxili borclanma 4.5 milyarda qaldırıldı – Prezident növbəti qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il Dövlət Büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Strateq.az xəbər verir ki, yeni qanuna əsasən, Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 4,5 milyard manata qaldırılıb.

Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq ediləcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 milyard manat idi.