XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 08:17

Rusiyanın baş naziri: “Türkiyə təyyarəni vurmaqla İŞİD-i dəstəklədiyini göstərdi”

 

medvedyev.jpg

 

Türkiyə tərəfindən Rusiyanın “Su24″ təyyarəsinin vurulması iki ölkə arasında uzun illərə əsaslanan mehriban qonşuluq münasibətlərini, o cümlədən iqtisadi və humanitar sferalarda əməkdaşlığı sarsıdıb. Bu itkinin yerini doldurmaq çətin olacaq”. 

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu sözləri Rusiyanın baş naziri Dmitriy Medvedev deyib.

D. Medvedev Türkiyənin addımını “ağılsızlıq və cinayət” kimi qiymətləndirərərək bunun 3 ciddi nəticəyə gətirib çıxaracağını bildirib:

“Birincisi, “Su24″ə olan hücum Rusiya və NATO arasında münasibətlərin təhlükəli dərəcədə gərginləşməsinə gətirib çıxara bilər ki, buna dövlət sərhədlərinin müdafiəsi də daxil olmaqla, heç bir maraqla haqq qazandırıla bilməz. İkincisi, Türkiyə mahiyyət etibarilə İŞİD-i dəstəklədiyini göstərib. Türkiyənin bəzi vəzifəli şəxslərinin İŞİD-ə məxsus neft məhsullarının satışında marağını nəzərə alsaq, bu, təəccüblü deyil. üçüncüsü, Rusiya və Türkiyə arasında mehriban qonşuluq münasibətləri ciddi şəkildə zədələnib, o cümlədən iqtisadiyyat və humanitar sahələrdə. Bu, bir sıra birgə layihələrdən imtina və türk şirkətlərinin Rusiya bazarlarında mövqelərini itirməsi ilə nəticələnərsə, bu itkilərin yerini doldurmaq çətin olacaq”. (APA)