XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 10:22

İcra başçısı restoranını satışa çıxarıb
restoran-1.jpg
 
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məxsus restoran satışa çıxarılıb.
 
Bu barədə musavat.com-a daxil olan məlumatda bildirilib. 
 
Məlumatda qeyd edilir ki, restoran yeni avtovağzal ilə üzbəüz 10 sot torpağın icində tikilib. Obyekt xususi zövq və dizaynla təmir olunub və ümumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 boyuk zalı, 3 kabineti, həyətdə 4 kabineti və acıq verandası var.
 
Restoranın satışa çıxarılması ilə bağlı elan daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan shop.az saytında yerləşdirilib.
 
Qeyd edək ki, bəzi xəbər saytlarında restoranın Ziya Məmmədova aid olduğu qeyd edilib. Ancaq “Yeni Müsavat”ın yüngül araşdırması nəticəsində məlum olub ki, restoran İH başçısı Xaləddin İsgəndərova məxsusdur.
 
restoran-2.jpg
 

restoran-3.jpg