“Türkiyə tərəfindən bizə heç bir xəbərdarlıq olunmayıb. Nə radioəlaqə, nə də vizual formada bu baş verməyib”.
Strateq.az bildirir ki, bu sözləri Suriyada vurulmuş Rusiya təyyarəsinin xilas edilmiş pilotu bəyan edib.
Onun sözlərinə görə, Türkiyə tərəfindən sərhəddin pozulması ilə bağlı heç bir siqnal almayıblar.
“Bizimlə heç bir əlaqə olmayıb. Odur ki, biz qayda üzrə döyüş hazırlığına daxil olmuşduq. Bombardamançı təyyarə ilə F-16 qırıcısının sürəti arasında fərqi anlamaq lazımdır. Əgər onlar bizi xəbərdar etmək istəsəydilər bizimlə paralel uçub işarə edə bilərdilər. Ancaq belə bir şey olmayıb. Raket bizim təyyarənin quyruğuna qəfildən dəydi. Biz heç onu vizual olaraq da görmədik. Görsəydik raket əleyhinə manevr edərdik”.