Türkiyə hərbiçiləri Rusiya təyyarəsinə xəbərdarlığın əks olunduğu səs yazısını yayıblar.
Strateq.az Röyterə istinadən bildirir ki, səs yazısında Türkiyə hərbiçilərinin rus pilotlarından “trayektoriyanı dəyişdirmək” tələb etdiyi eşidilir.
Qeyd edək ki, təyyarənin sağ qalan şturmanı bu günkü açıqlamasında Türkiyə tərəfindən heç bir xəbərdarlıq edilmədiyini bildirib.