Nardaranda “Rəhimə xanım” ziyarətgahının yanında yerləşən Hüseyniyyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Strateq.az bildirir ki, bu barədə İslamazeri.az saytı xəbər yayıb.
Məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Hacı Tale Bağırov və yaxınlarının telefonlarına zəng çatmır. İlkin məlumatlara görə, 2 nəfər ölüb, bir neçə nəfər də yaralanıb.
https://www.youtube.com/watch?v=nBFHu-ZjJnY