XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2015 - 16:22

Sabiq rabitə naziri od püskürdü: “Bu soyğunçu dəstəni kim formalaşdırıb?”

 

siruz.jpg

 

“Rabitə sistemindəki milyonlarla yeyinti faktları adamı dəhşətə gətirir. Bu üzdəniraq “rabitəçi” soyğunçu dəstəsini kim formalaşdırıb?”

Strateq.az bildirir ki, bu sözləri Azərbaycanın sabiq rabitə naziri Siruz Abasbəyli özünün sosial şəbəkəsindəki səhifəsində yazıb.

Sabiq nazir qeyd edib ki, 1992-97-ci illər rabitə sahəsinin ən məhsuldar dövrü olub. Mobil rabitə sistemləri, “Azercell”, “Bakcell” birgə müəssisələri, “AzTel”, “UlTel”, “AzEvroTel”, fiber optik kabel çəkilşi, elektron ATS-lər, Beynəlxalq Telefon Stansiyası, “NETAŞ”, “TELETAŞ” şirkətləri ilə iş birliyi, internet şəbəkəsinin yaradılması, ABŞ, İngiltərə, İtaliya, İsrail, Türkiyə və başqa dövlətlərlə müştərək müəssisələr və ən nəhayət, möhtəşəm teleqüllənin istifadəyə verilməsi kimi işlər görülüb: “Bu işlərə milyonlarla vəsait xərclənib, bir manat belə yeyinti və korrupsiya hallarına yol verilməyib”.

Sabiq nazir bu cinayətkarları vəzifəyə təyin edən dəstəni cəzalandırmağı tələb edib: “Bu üzdəniraq “rabitəçi” soyğunçu dəstəsini kim formalaşdırmışdı? Kim bunları belə yüksək vəzifələrə təyin etmişdi? Hər halda yüksək mədəniyyətə  malik Əli Abbasov bunu etməzdi. Birinci o şəxslər cəzalanmalıdır. Bütün rabitəçi kollektivlərinə ləkə yaxan belə “rabitə”çilərə ar olsun! Maraqlıdır ki, belə bir rüsvayçı hala rabitə işçilərinin reaksiyası sıfıra bərabərdir”.