XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 10:37

Rusiyanın “qiyaməti” başladı – Türkiyə rus gəmilərinin yolunu kəsir

Dünən yerli kanalların birinə açıqlama verən Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, əgər Türkiyə boğazları rus gəmilərinin üzünə bağlayarsa, bu, Rusiya üçün qiyamət ssenarisi olar.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, artıq Kreml həmin ssenariyə şahid olmağa başlayır.

Belə ki, Türkiyə Rusiya gəmilərinin Bosfor boğazından keçidinə məhdudiyyət yaradıb. Gəmilər boğaza daxil olmaq üçün 14 saat gözləməli olublar. Həmin saatlarda digər ölkələrin gəmilərinin heç bir problem yaşamaması onu göstərir ki, Türkiyənin məlum addımı məqsədli olub.

Göründüyü kimi, rəsmi Ankara Türkiyəyə tətbiq olunan iqtisadi sanksiyalara görə Rusiyanı cəzalandırmağa başlayıb. Bununla yanaşı, Türkiyə məxsus TIR-ların Ukrayna-Rusiya sərhədində səbəbsiz yerə gözlədilməsi də rəsmi Ankaranın ciddi narazılığına səbəb olub.

Hazırda Türkiyənin onlarla TIR-ı çerniqovsk və Sumsk vilayətlərində səbəbsiz yerə gözlədilir. Rusiya onları öz ərazisinə buraxmır. 

Türkiyənin Rusiya gəmilərinin Bosfor və Dardanel boğazından keçməsinə məhdudiyyət yaratması rusların Suriyadakı Hmeymim aviabazasını işini çətinə salacaq.

Anlaşmaya görə, savaş təhdidi yaranarsa, Türkiyə boğazları tamamən bağlamaq hüququna sahibdir.

Hələlik Türkiyə hökuməti Rusiyaya nümayiş etdirməyə çalışır ki, Kremlin sərt addımları onun özünə də asan başa gəlməyəcək.

Dünən Türkiyə baş naziri Əhməd Davudoğlu da bəyan etmişdi ki, iqtisadi sanksiyalardan Rusiyanın maraqları da zərər çəkəcək. 

Xatırladaq ki, Rusiya prezidentinin imzaladığı fərmanla Türkiyəyə bir sıra məhdudiyyətlər qoyulub. «Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması və Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında» fərmana görə, Ankara 4 ayrı qadağa ilə üzləşmiş olur.

Rusiya ilə Türkiyə arasındakı vizasız rejim yanvarın 1-dən birtərəfli qaydada ləğv olunur. Kreml tərəfindən müəyyən edilmiş siyahı üzrə Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyulur. Rusiya ərazisində Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyulur və ya bu fəaliyyət  məhdudlaşdırılır. Və nəhayət yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsi dayandırılır. 

Strateq.az