XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2015 - 06:36

Türkiyəyə qarşı Rusiya sanksiyaları: Kim daha çox ziyana düşəcək?

Turkiye-sanksiya-4.jpg

Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatı üçün çox təsirli olmalı və eyni zamanda Rusiyanın maraqlarına minumum toxunmalıdır. Rusiya baş naziri Dmitriy Medvedev Türkiyəyə qarşı sanksiyalar məsələsi  müzakirə olunarkən bu yanaşmanın əsas götürülməsi ilə bağlı hökumət qarşısında tapşırıq qoyub.  Qərb ekspertləri isə hesab edirlər ki, bu tapşırığın yerinə yetirilməsi ruslar üçün o qədər də asan deyil və hətta mümkünsüzdü. Qərb ekspertlərinin fikirincə, rusların sanksiyaları türklər üçün o qədər də böyük itki olmayacaq və Avropa İttifaqının yardımı ilə aradan qaldırıla bilər. Avropa İttifaqı bunun əvəzində isə Ankaradan miqrantlar məsələsində daha çox yardım istəyə bilər.

RBK agentliyinin xəbərinə görə, London Capital Economics tədqiqat şirkətinin mütəxəssislərinin hesablamaları göstərir ki, Rusiyanın sanksiyaları növbəti ildə Türkiyəyə 4-5 mlrd  dollara başa gələ bilər. Bu isə Türkiyənin ümumi daxili məhsulunun 0,5% deməkdir.  Xüsusilə, daha çox turizm sektorunun ziyan çəkəcəyi gözlənilir.  Rusiyanın sanksiyalarından itirilməsi proqnozlaşdırılan vəsaiti isə Türkiyə Avropa İttifaqının miqrantlarla bağlı problemlərin həlli üçün Ankaraya ayırmağı planlaşdırdığı 3 mlrd dollar yardım kompensasiya edə biər.

London Capital Economics tədqiqat şirkətinin ekspertləri qeyd edirlər ki, Rusiyanın Türkiyəyə qarşı sanksiyalarında kənd təsərrüfatı ilə bağlı qadağaların ön plana çıxması tam məntiqidir. Türkiyənin ixarc etdiyi digər malların tam qadağan edilməsi Rusiya iqtisadiyyatına da zərbə vura bilər. ötən il Türkiyədən Rusiyaya 1.2 mlrd dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu isə Türkiyə üDM-nin 0,15% təşkil edir. Şirkətin analtiklərinə görə, Türkiyədə kənd təsərrüfatı malları istehsalçıları ziyan çəkəcək, amma bu tədbirlər ölkənin üDM-nin artmasına o qədər də təsir göstərməyəcək.

Türkiyə vətəndaşlarının Rusiyada işləməsinə son qoyulması da ölkə üçün çox hiss olunmayacaq. Rusiyada 90 min Türkiyə vətəndaşı işləyir. Türkiyədən olan miqrantların ölkələrinə pul köçürmələri və xaricdən gələn investisiya gəlirlərinin həcmi də çox deyil. 2014-cü ildə bu gəlirlər ölkə üDM-nin 0.1% və 0,05% təşkil edib. 2014-cü ildə başqa ölkələrdən Türkiyəyə pul köçürmələri 848 milyon dollar təşkil edib. Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ölkədən Türkiyəyə 167 milyon dollar köçürülüb.

Daha çox isə Türkiyənin turizm sektoru ziyan çəkəcək. Morgan Stanley bankının icmalında qeyd edilir ki, Türkiyə rusların ən çox seçdiyi ikinci ölkə idi.  Hətta Rusiyadan gələn turist axınının 50% azalması ölkə üDM-nin artmasını 0,3 bənd zəiflədəcək. London Capital Economics tədqiqat şirkətinin ekspertlərinin hesablamalarına  görə, əgər 2016-cı ildə Rusiya turistləri Türkiyəyə heç gəlməsələr, türklər 3 milyard dollar itirəcəklər.

Rusiya üçün də Türkiyəyə qarşı sanksiyalar təsirsiz ötüşməyəcək.  Başqa ölkələrdən bu malların gətirilməsi daha baha başa gələcək. Rusiyanın ərzaq seqmetində Türkiyə yalnız tomat ixracında ciddi rol oynayır. 2015-ci ilin 9 ayı ərzində Türkiyədən 281,3 milyon dollar dəyərində tomat ixrac olunub.  Meyvə seqmetində Türkiyə 2015-ci ilin 9 ayı ərzində 134,9 milyon dollar dəyərində sitrus meyvələri, 69,2 milyon dollar dəyərində üzüm ixrac edib.

Qərb ekspertlərinin fikirincə, Türkiyə ilə iqtisadi əlaqələrin zəifləməsi ümumilikdə Rusiya iqtisadiyyatı üçün ciddi problem sayılmasa da, istehlakçılar üçün kifayət qədər narahatçılıq yaradacaq.

Strateq.az