XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 08:48

“Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı” – Deputatın bu sözu məhkəməlik oldu

 

Milli Məclisə Gəncədən deputat seçilən Naqif Həmzəyev musavat.com saytının əməkdaşının Məhəmməd Əmin Rəsulzadənin başına çuval keçirilən büstü ilə bağlı verdiyi sualına kəskin cavab verib.

O, Rəsulzadəni vətən xaini adlandıraraq büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bilib. Naqif Həmzəyev “Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı…” sözləri ilə özü də hiss etmədən şok açıqlama verib.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin bu açıqlamaya münasibəti kəskin olub. O, modern.az saytına açıqlamasında deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir. Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq“.

Deputatın “Rəsuzladə respublikanı Tiflisdə qurub, qoy büstü də Tiflisdə olsun” – fikirlərinə Rəis Rəsulzadə belə cavab verib: “O kimdir?! Prezidentdən çox bilir tariximizi?! Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək”.