XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 09:06

Təzə deputatların kreslo qonşuları: Araz Əlizadə niyə tək qaldı?

 

meclis-1.jpg

Beşinci çağırış Milli Məclis bu gün ilk plenar iclasına toplaşıb. İclasda diqqət çəkən məqamlardan biri yeni deputatlardan kimin kimlə yanaşı əyləşməsi olub.

Xatırladaq ki, 1 noyabr seçkilərinin nəticələri əsasında Milli Məclisə 27 yeni deputat seçilib.

Gözdən yayınmayan faktlardan biri parlamentin yeni deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin iclas zalında tək oturması oldu. (modern.az)

Milli Məclisin digər yeni deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli özünə Fərəc Quliyevin yanında yer tapıb. İki yeni deputat – Elşən Musayev və Şahin İsmayılov yanaşı əyləşiblər .

Mətbuat Şurasının sədri Əflatun Amaşovun da kiminlə yanaşı oturacağı jurnalistlərin diqqətini çəkib. Əflatun Amaşov özünə deputat Aqil Abbasın yanında yer eləyib.