XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 14:39

Türkiyə Ordusu nəyə qadirdir? – BBC-nin araşdırması

ordu-4.jpg

Son günlər Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi ölkələr arasında hərbi münaqişənin mümkünlüyü ehtimalı ilə bağlı müzakirələrə yol açıb. Bu mövzuda “Türkiyə ordusu nəyə qadirdir?” başlıqlı məqalədə BBC-nin Rusiya Xidməti tərəfindən hazırlanmış araşdırma təqdim olunub.

Bu məqaləni ixtisarla təqdim edirik:

“Rusiya bombardımançı təyyarəsinin vurulmasından sonra Moskva və Ankara arasındakı yaxşı münasibətlər bir neçə saat ərzində korlandı. Bu münasibətlərin indiki səviyyəsi o qədər aşağıdır ki, Rusiyada siyasətçilər hərbi münaqişənin mümkünlüyü barədə danışmağa başlayıblar.

Rusiya dövlət iyerarxiyasında 4-cü fiqur olan Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib ki, Rusiya Türkiyənin addımlarına hərbi cavab vermək hüququnu özündə saxlayır. Türkiyəyə nüvə zərbəsi endirməklə bağlı çağrışı isə Vladimir Jrinovski edib: “İstanbulu məhv etmək çox asandır. Boğaza bir nüvə bombası atmaq kifayətdir ki, sular onu yusun”.

öz növbəsində Türkiyə baş naziri Əhməd Davutoğlu bildirib ki, ölkəsi öz sərhədlərinin təhlükəsizliyinin qorunması üçün lazım olan hər şeyi edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan isə deyib ki, türk qırıcıları güc tətbiqi ilə bağlı qaydalara tam uyuğun şəkildə hərəkət edib.

Bu bəyanatlar Suriyada,  Latakiya bazasında Rusiya qruplaşmasının gücləndirilməsi fonunda baş verib. Bu qruplaşma C-400 uzaqmənzilli raket kompleksi ilə gücləndirilib. “Moskva” raket kreyseri isə Latakiyadakı hərbi-hava bazasına yaxın mövqeyə gətirilib.

Vurulan S-24 təyyarəsi ilə bağlı insident, hərbi hava hücumundan müdafiə  vasitələrinin yerləşdirilməsi Türkiyə sərhəddi yaxınlığında yerləşən Rusiya avibazası yerləşdiyi rayonda vəziyyəti gərginləşdirib.

Türkiyə Silahlı Qüvvələrinin döyüş qabiliyyəti necədir?  Rusiya Narışkinin dediyi kimi təyyarə ilə bağlı insidentə hərbi yolla cavab verə bilərmi?

Müxtəlif qiymətləndirmələrə görə, Türkiyə Silahlı Qüvvələri dünyadakı güclü ordulardan biridir.  Bu ordu Rusiya və yaxud Qərb ölkələrinin orduları kimi yüksək texnologiyalarla yüksək səviyyədə təchiz olunmayıb.  Amma daha çox say tərkibinə malikdir və  çox yaxşı hazırlıq keçib.

Bundan başqa, Türkiyə çox əlverişli çoğrafi mövqeyə malikdir və NATO üzvüdür.  Sonuncu amil Ankaranın hərbi qüdrətinin qiymətləndirilməsində ən vacib amil kimi nəzərdən keçirilir.

Amma münaqişənin dünya səviyyəsinə çıxması NATO üçün əlverişli deyil, çünki bu halda nüvə müharibəsinin başlaması riski artır.

NATO-da ikinci, dünyada 10-cu

Hər bir ölkənin silahlı qüvvələrinin döyüş gücünün qiymətləndirilməsi (xüsusən iki ordunun müqayisəsi) çox çətin və mürəkkəb işdir.  Bu çox sayda amil və şərtlərin nəzərə alınmasını tələb edir. Əgər nüvə silahı nəzərə alınmasa, Türkiyə ordusu  öz döyüş potensialına görə ABŞ-dan sonra NATO-da ikinci ölkə hesab edilir.

Global Power indeksinə görə, Türkiyə dünyanın ən böyük hərbi potensiala malik 10 ölkəsi arasında sonuncu yeri tutur. Rusiya bu reytinqdə ABŞ-dan sonra ikinci yeri tutur. Bu reytinq bir çox amilləri – silahlı qüvvələrin say tərkibi, hərbi texnikanın sayı, üDM-in həcmi, maliyyə vəziyyəti, sənaye göstəriciləri, elektrik enerjisinin istehsalı və s.  nəzərə alır.

Global Power İndeksinə görə, Türkiyə ordusunun say tərkibi 400 min nəfərdir (Rusiyada-860 min nəfər). Ehtiyatda isə 185 min nəfər var. Rusiyada bu göstərici 2.4 milyon nəfərdir.  

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ)  kəmiyyət göstəricilərinə görə Rusiyadan geri qalır və 1020 təyyarəyə malikdir. Rusiya ordusunun  3.5 min təyyarəsi var.

Türkiyə HHQ-nin tərkibində ABŞ lisenziyası ilə yığılan C seriyalı  F-16 təyyarələri (168 ədəd) də var.  D seriyalı F-16 təyyaələrinin sayı isə 40 ədəddir. Bu 4+ nəsil yeni, müasir təyyarələridir və Suriyada dislokasiya olunmuş Su-30CM təyyarələrindən geri qalmır.

Türkiyə ordusunda 3778 tank var. Rusiya ordusunun isə 15 mindən çox tankı var.

Türkiyənin, həmçinin daha zəif hərbi hava hücumundan müdafiə sistemi var. Əməliyyat-taktiki raket kopmpleksləri də Rusiya ilə müqayisədə azdır.

Siyasi coğrafiya

öz-özlüyündə bu rəqmlər iki ölkənin qüvvələr nisbəni əks etdirmir. çünki bu rəqəmlər bir çox amilləri nəzərə almır. Bunlardan biri isə ölkənin yerləşdiyi coğrafi mövqedir.

Misal üçün, Qara dənizdə Rusiyanın yalnız bir raket kreyseri var, bir böyük hərbi gəmisi, 2-i mühafizə gəmisi, 6 kiçik hərbi gəmisi, dörd raket gəmisi, 2 dizel sualtı qayığı var.  Türkiyə donanmasının tərkibində isə 16 freqat, 8 korvet, 13 dizel sualtı qayığı var.

Türkirə ordusu bir regionda cəmləşib. Türkiyə regionda böyük ölkədir, baxmayaraq ki, onun qonşuları ilə mürəkkəb münasibətləri avr.  Amma onun ərazisinin uzunluğu və sərhədlərin uzunluğu Rusiya ilə müqayisədə azdır.

Türkiyə donanması bir-biri ilə yaxın iki dənizdə yerləşib.  Eyni zamanda Türkiyə Dardanel və Bosfor baoğazlarına tam nəzarət edir.

Türkiyə bu boğazları bağlamaqla Suriyadakı və Aralıq dənzindəki hərbi qüvvələrin təchizatını dayandıra bilər. Bu Rusiyada çoxlarını narahat edir.

Döyüş hazırlığı

İstənilən münaqişəni nəticəsinə təsir göstərən amillərdən biri də ordunun hazırlığı və hərbiçilərin döyüş ruhudur.

Ekspertlərin fikirincə, Türkiyə ordusu regionda və dünyada ən yaxşı hazırlığa malik ordulardan biridir. Bu ordu NATO standartları ilə hazırlıq keçir.

Türkiyə ordusunda təyyarəçilərin hazırlığına da böyük önəm verilir”.