XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 19:57

Hamburq:G20 sammitinə qarşı etiraz aksiyaları iğtişaşla nəticələnib

İyulun 5-nə keçən gecə Hamburqda minlərlə insanın qatıldığı aksiyalar iğtişaşla nəticələnib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, aksiyalar Hamburqda keçiriləcək G20 sammitinə etiraz əlaməti olaraq təşkil edilib.

Nümayişçilər polislərə boş şüşə qablar atıblar. Qanun keşikçiləri isə buna cavab olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. İğtişaşların gedişində 5 nəfər saxlanılıb, 4 polis əməkdaşı və təsadüfən yol keçən bir mülki şəxs isə xəsarət alıb. Həmçinin yerli parkda qanunsuz quraşdırılan 12 çadır sökülüb.

Xatırladaq ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək. Sammit zamanı şəhərdə təhlükəsizliyi sərəncamında helikopterlər və təyyarə, xüsusi texnika, habelə itlər və atlar olan 20 minədək polis əməkdaşı qoruyacaq. N24 telekanalının məlumatına görə, çərşənbə günü Hamburqun mərkəzində yerləşən mağaza və bank ofisləri bağlanıb. Yerli əhali istirahət üçün şəhərdən çıxmağa çalışır.