XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 21:09

Prezident İlham Əliyev 1 günlüyə Naxçıvana getdi və qayıtdı – Səfərin xülasəsi, maraqlı fotolar…

p-su-2.jpg

Xəbər verildiyi kimi, dekabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

p-vasif.jpg

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. 

p-aeroport.jpg

Ali Məclis sədri Vasif Talıbov dövlət başçısına terminalın texniki göstəriciləri barədə məlumat verib. Bildirib ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. ümumiyyətlə, sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyeri və eskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.

Qeyd edək ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı İstanbul və Moskva şəhərlərinə də uçuşlar həyata keçirilir. İlin sonunadək Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.

Dövlət başçısı hava limanının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

***

Prezident İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad – Babək qəsəbə – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

p-yol.jpg

Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış olub. Məlumat verilib ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Ən başlıcası isə bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə, muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

***

Daha sonra Prezident İlham Əliyev Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib.

p-nehrem.jpg

Dövlət başçısına məlumat verilib ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası üçmərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana, müəllimlər otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə internet şəbəkəsinə qoşulub.

Prezident İlham Əliyevə məlumat verilib ki, muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün lazımi infrastrukturla təchiz olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib.

p-musiqi.jpg

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, bu musiqi məktəbi 1987-ci ildə yaradılıb. Məktəb binasının darısqallığı son vaxtlar burada tədrisin müasir səviyyədə qurulmasına əngəl törədirdi. Bu çətinliyi nəzərə alaraq muxtar respublika rəhbərliyi məktəb üçün yeni bina tikilməsi haqqında qərar verib. Şəhərin görməli yerlərindən birində – Atatürk küçəsində ümumi sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli yaraşıqlı bina qısa müddətdə ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnəcək. Bunun üçün 4 şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqla təchiz edilib.

***

Muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində də iştirak edib.

su-1.jpg

Layihənin baş planı ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tik
intisi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib. 2010-cu ilin mayında başlayan tikinti işləri yüksək səviyyədə yerinə yetirilib. Görülmüş işlər çərçivəsində 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi tikilib, 21.207 ev birləşməsində sayğaclaşma işləri görülüb. Şəbəkə üzərində 905 yanğın hidrantı quraşdırılıb. Bununla da Naxçıvan şəhər əhalisinin içməli suya tələbatı 100 faiz təmin olunub.

Qeyd edilib ki, layihənin mühüm tərkib hissəsi olan şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri də uğurla icra olunub. Layihə çərçivəsində 219.040 metr uzunluğunda kanalizasiya xətləri çəkilib. Bu da 20.795 ev birləşməsini əhatə edib.

Sonra Prezident İlham Əliyevə layihənin icrasında istifadə olunan tikinti materialları, xüsusilə də borular haqqında məlumat verilib. Bildirilib ki, həm su, həm də kanalizasiya şəbəkəsinin qurulması zamanı bütün köhnə xətlər yeniləri ilə əvəz olunub və yüksək keyfiyyətli borulardan istifadə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basıblar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvan Sənaye Kompleksinin açılışında da iştirak edib.

p-senaye.jpg

Dövlət başçısına əvvəlcə Sənaye Kompleksinin laboratoriyasında yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, istehsal olunan məhsulların laborator müayinələri burada aparılacaq. Müasir avadanlıqların quraşdırıldığı laboratoriyada yüksək ixtisaslı kadrlar işləyir və burada müayinələrin vaxtında və keyfiyyətlə aparılması üçün hər cür şərait var.

Müəssisənin ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleks istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunacaq. Bu müəssisənin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verəcək. Yeni layihənin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondundan dövlət maliyyə dəstəyi göstərilib.

Sonra Prezident İlham Əliyev məsaməli beton istehsal edən zavodda yaradılan şəraitlə tanış oldu. Bildirilib ki, müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Müasir avadanlığın quraşdırıldığı zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq.

Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Məsələn, əhəng zavodunda istifadə olunacaq yerli xammal muxtar respublikanın Qarabağlar mədənindən gətiriləcək. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə ediləcək. Sahəsi 4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng istehsalı nəzərdə tutulur.

Gips zavodunda istifadə olunacaq xammal isə çalxanqala, çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətiriləcək. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə ediləcək. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.

Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda tələbat böyükdür. Bunu nəzərə alaraq zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçiriləcək.

Sonda dövlət başçısı müəssisəni işə salıb.

*** 

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

p-xestexana.jpg

Naxçıvan səhiyyəsində həmişə mühüm rol oynayan bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və artıq tibb ocağı istifadəyə hazırdır.

Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir. Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompyuter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.

Ərazidə geniş yaşıllaşdırma işləri görülüb.

P
rezident İlham Əliyev xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

*** 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

p-gunes-1.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verib ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.

Qeyd edilib ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Panellərlə transformator yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici məntəqə arasında kabel və yüksək gərginlikli elektrik ötürücü, həmçinin yaxınlıqdakı “Xal-xal” yarımstansiyasına qədər 35 kilovoltluq kabel xətləri çəkilib. Tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan çox müxtəlif təyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub. Stansiyanın 5 ayrı-ayrı ərazilərdə yerləşən qurğuları hasara alınıb, burada siqnalizasiya və videomüşahidə qurğuları quraşdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev stansiyanın açılışını bildirən düyməni basıb.

Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.

Dövlət başçısı muxtar respublikanın energetika kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını verib.

*** 

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və hökumətin üzvləri yola salıblar.

 

p-kitab.jpg

p-basketbol.jpg

p-xeste-1.jpg

p-gorus-1.jpg

p-duz-1.jpg

p-g-1.jpg

p-g-3.jpg

p-sef-5.jpg

p-sefer-2.jpg