XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 07:16

“Bloomberg”dən maraqlı analiz: “Bu prosesdə Ərdoğan Putindən daha çox fayda götürəcək”

putin-erdogan-88.jpg

Leonid Berşidski

Bloomberg (ABŞ)

 

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğana o qədər hirsləndi ki, hətta onunla telefonda danışmaqdan və BMT-nin Parisdə keçirilən iqlim üzrə konfransında görüşməkdən imtina etdi. Lakin Putin praktik olaraq Türkiyəyə və yaxud Ərdoğana ziyan vuracaq nəsə etməyə qabil deyil. O ancaq rusiyalıların həyatını daha da qəlizləşdirə bilər.

Putin Türkiyədən rəsmi üzr istəməyi və Türkiyənin hava məkanına soxularaq vurulmuş bombardmançıya görə Rusiyaya təzminat ödəməyi tələb etdi.

Ərdoğan isə istəyir ki, Rusiya üzr istəsin. KİV vasitəsilə aparılan bu söz savaşı Kremlin təbliğat qaynaqları tərəfindən sərt antitürk ritorikası selini törətməyə səbəb olub.

Hazırda türklərin Rusiyaya gəlişi və mal gətirməyi xeyli dərəcədə çətinləşib. Lakin Rusiya hələlik konkret iqtisadi sanksiyalar tətbiq etməyib və heç bir hərbi addım atmayıb ki, bu da Putinin emosional reaksiyasını puç və ehtiyatsız addım edir.

Rus hərbi təyyarəsinin fəlakətindən dərhal sonra Rusiya vəd etmişdi ki, onun Suriyaya tapşırğa uçan bombardmançılarını bundan sonra qırıcılar müşayiət edəcək.

Bundan başqa, Rusiya Suriyadakı hərbi bazaya S-400 zenit-raket kompleksləri yerləşdirdi. Rusiyanın təbliğat qaynaqları xəbər verir ki, hava hücumundan müdafiə sisteminin varlığı ABŞ başda olmaqla koalisiyanın Suriyaya zərbə endirməsinə mane olur. Müttəfiqlərsə bu açıqlamanı təkzib etdilər: bu, hətta həqiqət olsaydı da, bundan fayda götürə biləcək yeganə qüvvə Rusiyanın Suryada özünün birnömrəli düşməni elan etdiyi İŞİD olardı.

Bütün bunlar Türkiyəyə heç cür toxunmur, çünki Suriyaya aviazərbələr endirmir. Bundan başqa, Türkiyənin hava məkanına daha çox rus təyyarələrinin soxulacağı və yaxud Türkiyənin daha bir hərbi təyyarəni vuracağı riski yetərincə azdır: heç bir ölkə müharibəyə başlamaq istəmir və bu, S- 400-dən daha effektli önləyici vasitədir.

Bununla belə, Rusiyanın daxili təbliğat maşını tam gücü ilə işləməyindədir. Dövlət televiziyasında ən populyar xəbərlər proqramının – “Вести недели” proqramının aparıcısı Dmitri Kiselyov Ərdoğanı İŞİD-dən neft alışından tutmuş Osmanlı imperiyasını bərpa etmək cəhdlərinə qədər bir sıra cinayətlərdə ittiham etdi. Ultramillətçi Vladimir Jirinovski vurulmuş bombardmançıdan tullanmış rusiyalının güllələnməsinə görə qisas almaq üçün 100 türk pilotunu öldürməyi tələb etdi.

Hər tərəfdən vədlər eşidilir ki, Türkiyənin bu cinayəti heç vaxt bağışlanmayacaq və unudulmayacaq.

Bundan başqa, iki ölkə arasında qüvvədə olan vizasız rejimə baxmayaraq, Türkiyə vətəndaşlarına Rusiyaya səfərin yasaqlanacağına, həmçinin bəzi türk mallarının yararsızlığa görə Rusiya ərazisində satışının qadağan edildiyinə dair onlarla məlumatlar gəldi. Moskvada bir qrup adam müdaxilə etməyən polisin gözünün qabağında türk səfirliyinin binasını yumurta və daşa tutdu. Ulyanovskda yerli sakinlər baş ofisi İstanbulda yerləşən “Anadolu Efes” şirkətinə məxsus pivə zavodunda türk bayrağını endirdilər.

Putin noyabrın 28-də Türkiyə vətəndaşları üçün yanvarın 1-dən vizalı rejim tətbiq etməyə və türk yük maşınları və gəmilərinə nəzarəti sərtləşdirməyə çağırdı. O, həmçinin növbəti ildən Rusiya ərazisində Türkiyə vətəndaşlarının işə götürülməsini qadağan etdi və hökumətdən bu ölkəyə münasibətdə iqtisadi sanksiyalar zərfi hazırlamağı tələb etdi.

Hökumət məmurları noyabrın 30-da Türkiyəni cəzalandırmağın yollarını müzakirə edərək təklif etdilər ki, çarter reyslərinə biletlərin satışı qadağan edilsin, yük avtomobillərinin hərəkətinə məhduduiyyətlər tətbiq edilsin, meyvə və tərəvəzə embarqo qoyulsun. Bununla belə, son tədbir ən yaxın gələcəkdə çox da effektli çıxmaya bilər:

Baş nazirin müavini Arkadi Dvorkoviç qeyd etdi ki, görülən istənilən tədbir qiymətlərin artmasına səbəb olmamalıdır.

Rusiyanın keçən il yayda Qərb ölkələrinə tətbiq etdiyi ərzaq embarqosu qiymətlərin 20-30% artmasına səbəb oldu. Nəticədə, keçən ilin oktyabrında pərakəndə satış qiymətləri ötən illə müqayisədə 11,7% azaldı.

Meyvə və tərəvəz daşımasına yasaq və turizm sahəsinə qarşı sanksiyalar hər iki ölkə üçün ağrılı olacaq. Keçən il Türkiyə kənd təsərrüfatı mallarının Rusiyaya ixracı 1, 2 milyard dollar təşkil edib. Bu, ərzaq mallarının ümumi ixracat həcminin 7%-idir. Güman ki, türk fermerləri bu boşluğu xüsusi çətinliksiz aradan qaldıracaqlar. Onların Avropa Birliyindən olan həmkarları Rusiyanın embarqosuna baxmayaraq, keçən il ixracatın həcmini artıra bildilər.

Bununla belə, Rusiyanın itkiləri daha ciddi ola bilər: Rusiya idxal edilən tərəvəzin 20%-ə qədərini, şəbəkəli böyük mağazalarda satılan sitrus meyvələrinin isə 90%-ə qədərini Türkiyədən alır.  

 Türkiyə keçən il rusiyalılar üçü ən populyar istirahət yeri oldu: ölkəyə  Rusiyadan 3,3 milyon qonaq, yəni xaricə gedən rusiyalı turistlərin 19%-i  gəldi. Türkiyə kurortları milyardlarla dollar qazandı, lakin rusiyalılar Türkiyəyə getməyi dayandırsa, bu, ölkənin turist sənayesi üçün ölüm-dirim məsələsi olmayacaq.     

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Türkiyə keçən il turizm mövsümünün qızğın çağında 686 256 rusiyalını və demək olar, 3,1 milyon avropalını qəbul edib.

Rublun zəifləməyi Avropada istirahəti rusiyalıların əksəriyyəti üçün olduqca bahalı edib. Populyarlığına görə, ikinci yerdə olan Misir oktyabrda Sinay yarımadasındakı təyyarə fəlakətindən sonra hazırda qadağa altındadır.

Putin Türkiyəyə təbii qaz tədarükünü və yaxud Rusiyanın “Rosatom” dövlət şirkətinin rəhbərliy ilə inşa edilən ilk türk atom elektrik stansiyasının inşasını dayandırmaqla Ərdoğana daha çox ziyan vura bilərdi. Türkiyə qazın 60%-ni Rusiyadan alır. Bu halda rusiyalı enerji resursları tədarükçüləri gəlirli bazarı itirər, “Qazprom” isə Güney Avropanı Azərbaycan və İran kimin rəqiblərə tərk edib oradan məhrum olardı. Azərbaycan artıq Tükiyəyə qaz tədarük edir və tədarükün həcmini artırsaydı, şad olardı. Lakin Rusiya hökuməti bu cür risklərə getmək istəməyərək, öz vətəndaşlarının yaşamını qəlizləşdirməkdədir.

< p style="text-align: justify;"> Bu cür taktikanın keçmişdəki effektinə baxmayaraq, Putinin xüsusən də prezidentliyinin üçüncü müddətində nə qədər yeni düşmənlər qazana biləcəyi nəzərə alınarsa, Rusiyanın düşdüyü durum pisləşməkdədir. Hazırda Rusiya daha çox qonşusu ilə münaqişəyə girməyə və güclənən təcridlə barışmağa məcbur olduğu dönəmdə rusiyalılar, nəhayət, başa düşərlər ki, Putin problemin həlli deyil, onun özüdür. Lakin Putinin qəzəbli ritorikası hələlik rusiyalılar arasında dəstək tapır və türklər arasında eynilə bu cür qisasçı əhvai-ruhiyyə doğurmaqla, Rusiya gəmilərini Bosfor boğazından keçmək üçün saatlarla gözlməyə məcbur edir.

Ərdoğan da Putin kimi, öz vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq üçün xarici təhlükələrdən ustalıqla yararlanmağı bacarır, lakin onun düşmənləri olduqca azdır. çox ehtimal ki, Putindənsə o, bu böhrandan daha çox səmərə götürməyə nail olacaq.

01.12.2015