XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 08:06

Nardaranda bütün yollar açılıb: Yalnız girişdə polis postu qoyulub

 

nardaran-5.jpg

Bakının Nardaran qəsəbəsi istiqamətində bütün yollar açılıb, nəqliyyatın hərəkəti tam bərpa edilib.

report.az-ın Nardaranda olan əməkdaşı xəbər verir ki, hazırda yalnız qəsəbənin girişində olan postlar qalır. Həmin postlarda vətəndaşların sənədləri yoxlanılır.

Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.