XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 08:57

Yeddi gün dərsə getməyən uşağın valideyni 100 manat cərimələnəcək – QANUN

 

mekteb.jpg

Azərbaycanda təhsildən yayınan şagirdlər üçün cərimə tətbiq olunacaq.

apa.az-ın xəbərinə görə, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Dini Qurumlar və İctimai Birliklər Komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.