XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 10:58

NATO-dan Moskvaya təklif – Birgə Şuranın fəaliyyətini bərpa edək

nato rus.jpg

NATO Moskvaya “Rusiya–NATO Şurası”nın fəaliyyətini yenidən canlandırmağı təklif edib.

Strateq.az bildirir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib: “Biz bu məsələni öyrənib yeni iclasın keçirilmə vaxtını müəyyənləşdirəcəyik”. Onun sözlərinə görə, Alyans 2014-cü ildə, Krımın Rusiyaya birləşdirilməsindən sonra əməkdaşlığı dayandırıb. Buna baxmayaraq, hərbi blok Moskva ilə siyasi təmasları saxlamaq barədə qərar verib.

Rusiya NATO-nun bu təklifini müsbət qarşılayıb. Moskva “NATO–Rusiya Şurası”nın iclasını keçirməyə hazırdır. Bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Rusiya bu formatdan heç vaxt imtina etməyib.