XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2015 - 13:19

Rusiyadan Türkiyəyə şok ittiham: “İŞİD-lə neft biznesinə Ərdoğan rəhbərlik edir, əlimizdə faktlar var” – FOTOLAR

isid turk neft.jpg

“Suriyadan və İraqdan oğurlanan neftin əsas istehlakçısı Türkiyədir”.

Strateq.az bildirir ki, bu sensasiyalı bəyanatla Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov  bu gün keçirilən “Rusiya Silahlı Qüvvələri terrorla mübarizədə: Yeni məlumatar” adlı brifinqdə bəyan edib.  

Onun sözlərinə görə, bu cinayətkar biznesə prezident Ərdoğan və ailəsi rəhbərlik edir: “Biz bu gün əlimizdə olan faktların yalnız bir hissəsini təqdim edirik. Bu məlumatlar göstərir ki, regionda türk siyasi elitasından və quldurlardan ibarət vahid komanda fəaliyyət göstərir. Bu nəhəng miqdarda olan oğurluq neft minlərlə benzindaşıyanla Türkiyəyə aparılır. Bizim bununla bağı əlimizdə təkzibolunmaz subutlarımız var.  Biz bu faktları təqdim etməkdə davam edəcəyik”.

Onun sözlərinə bu neftdən qazanılan  pullar terrorçuluğun əsas maliyyə mənbəyini təşkil edir.  İŞİD hər il bu neftdən 2 milyard dollar qazanır və bunu  texnika və silahlanmaya xərcləyir. 

turk neft.jpg

 

turk neft02.jpg