XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 16:37

“Türkiyənin cənubunu işğal etmək lazımdır…” – Rus deputatdan daha bir sərsəm çağırış

Rusiyanın çılğın deputatı, RLDP lideri Vladimir Jirinovski “İslam Dövləti”nin (İŞİD) bu ölkəyə neft tədarükünün qarşısını almaq üçün Türkiyənin cənub hissəsini işğal etməyi təklif edib.

Rusiyalı deputat bunu bu gün “Russkaya slujba novostey”in efirində edib.  

Onun sözlərinə görə, bu, neft axınının qarşısını almağın yeganə yoludur:

“Türklər heç nəyin qarşısını almayacaqlar, bu, onlar üçün puldur. Vaxtilə BMT-nin qoşunlarının Koreyanı müdafiə etmək üçün Cənubi Koreyanı işğal etdiyi kimi rus, alman birləşmiş qoşunları da BMT-nin mandatını alsın”.

Jirinovski prezident Rəcəb Tayyib Ərdoğanı və onun bütün ailəsini Haaqada beynəlxalq tribunala verməyin lazım olduğunu da sözlərinə əlavə edib.

Onun sözlərinə görə, “İslam Dövləti”nin nəzarət etdiyi əraziləri də nüfuz zonalarına bölmək lazımdır: “Rusiya və Amerika qoşunları Fərat və Dəclə çaylarının sahillərində görüşməli və bizim nüfuz zonalarımızı birləşdirməlidir ki, orada yaraqlılar üçün bir kvadratmetr də yer qalmasın. Onların hamısını həbs edib, Quantanamoya göndərmək lazımdır. Axı Amerika bu həbsxananı ləğv etmək istəmir. Elə isə gəlin onu Yaxın Şərqdəki yaraqlılarla dolduraq. Bu, çox gözəl görüş olacaq! 1945-ci ilin aprelində Elbada olduğu kimi. Bizdə də 2016-cı ilin apreli olacaq”(Oxu.az).

Xatırladaq ki, bu sensasion təhdid xarakterli çıxışından əvvəl Jirinovski Bosfor körfəzinə nüvə bombası atmaqla İstanbulu məhv etməyi tələb edib. O, həmçinin Türkiyənin Rusiya üçün bir nömrəli düşmən olduğunu vurğulayaraq rusiyalı parlamentarilərin əhvali-ruhiyyəsini qaldırmaq üçün Sinop döyüşü zamanı (1853-cü il, dekabrın 1-i) Türkiyə eskadrasının darmadağın edilməsini qeyd etməyi vacib sayıb.